Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva bərk qəzəblənib.
AZXEBER.COM xəbər verir ki, Xəzər TV-də yayımlanan "Hər şey daxil” verilişinə danışan Gülbahar Quliyeva bacısı haqqında çaxırın istehsalına qarşı olduğunu bildirib.
"Çaxır ona yubileylərinin birində hədiyyə olunmuşdu. Bu nə səviyyəsiz söhbətlərdir. Onun adının spirtli içkilərə verilməsi heç də xoş deyil”.
Xalq artistinin bacısı İlhamə Quliyevanın mahnılarını ifa edənlərdən də danışıb: "Çalışsınlar elə ifa etsinlər ki, həm İlhamə xanımın ruhuna, həm də onun mahnılarına xələl gətirməsinlər. Heç kəs bizdən icazə almayıb”.
Gülbahar xalq artistinin oğulluğu Orxan Nadirov arasında olan mülk davasından da bəhs edib: "Orxanı evimə dəvət etmişik. Ona ilk təklifim bu oldu ki, ayağını kəs bu məhkəmələrdən. Orxana demişik ki, İlhamə sağlığında səni öz doğma oğlu kimi sənədləşdirib, qəbul etməyib. Onun varisi bizik. Bizə pay düşsə səndə yanımızda dur. Ona İlhamədən qalan iki ev və maşından verdik. Amma istəmədi”
Sonda İlhamənin şəhid qardaşının olduğunu və onun ailəsinin bu mülkdən payı olduğunu deyib: "İlhamənin bir şəhid qardaşı olub. Quliyev Çingiz Məzahir oğludur. Onlar da paydılar. Onlara da pay verilib. Heç vaxt onun malının güdməmişik"
Nazim Qasımzadə