AZXEBER.COM-un verdiyi məlumata görə, Filip Dubost fərqli CV hazırlayıb.
O alış-veriş saytlarında olan məhsullara aid formatda öz göstəricilərini yazıb. Özünü satılan məhsul olaraq qələmə verən Dubost qeyd yerində “Anbarda 1 ədəd qalıb” yazısını yazıb. Dil seçənəkləri yerində isə o, öz bildiyi dilləri qeyd edib. Bundan başqa fransalı “Dünyanın hər yerinə göndərilə bilər” qeydini də CV-yə əlavə edib.
Qeyd edək ki, Dubostun bu üsulu uğurlu alınıb və qısa zamanda 100-dən artıq iş təklifi alıb.