Polis avtobusun ön şüşəsində 1,5 km yol gedib
Vyetnamdakı inadkar polis hamını heyrətləndirib. Avtobus sürücüsünü cərimələmək istəyən polisin başına qəribə iş gəlib. Hər şey polisin Hanoidə yol hərəkəti qaydasını pozan sürücünü saxlamaq istəməsi ilə başlayıb.Polis saxladığı sürücüyə cəza yazacağını deyərək ondan sənədlərini tələb edib. Ancaq ona etiraz edən sürücü avtobusu yenidən işə salıb. Sürücünün qaçmaq niyyətində olduğunu anlayan polis dərhal onun ön hissəsinə çıxaraq şüşə siləcəyindən yapışıb. Bu vəziyyətdə sürücü polislə birgə 1,5 km yol qət edib. Amma sonda polis qələbə çalıb. Çünki həmkarları tərəfindən saxlanılan avtobusun sürücüsü həbs edilib. (anspress)