Pomidor yalnız tam yetişdikdə orqanizmə faydalı olur. Yetişməmiş, yarısı yaşıl, kal pomidorlar toksiki zəhərlidir.
AZXEBER.COM bakupost-a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatina yetişməmiş pomidorda solanin adlı zəhərli maddənin olduğunu deyib.
Əgər tərəvəz tam qırmızı olmayıbsa, onu yeməyin.
Xüsusən yaşlı insanlar, uşaqlar ehtiyatlı olsun.
Yetişmiş pomidorda həmçinin oksalat turşusu çoxdur. Bu isə pankreatit, mədə-bağırsaq problemi, qastriti olanlara zərərlidir
İstixanalarda çox miqdarda nitratlar tətbiq olunan pomidorlar ürək-damarlar üçün təhlükəlidir.