Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq

Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq
SOSİAL
15:01 20.09.2019
3804
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq. Bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə AZXEBER.COM-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə edir. 
OXŞAR XƏBƏRLƏR