Bu qadın bir gündə həyatının 30 ilini unutdu - FOTO

MARAQLI
00:01 29.01.2013
2339

Günlərin birində oyananda həyatının 30 ili ərzində nə baş verdiyini unutmuş qadın indi yaşamının qopmuş həlqələrini tədricən bərpa edir. Milli.Az Washington Post-a istinadən bildirir ki, ateroskleroz xəstəsi olanRaş2005-ci ilin aprelində travmatik amneziyaya məruz qalmış, ömrünün 30 ili ərzində baş verənlərin hamısını unutmuşdu. Bir çox sözləri də yaddan çıxaran Raş hərəkət etməyə çəkinlik çəkirdi. 34 yaşlı Şeuanda yaddaşını itirəndə qızıHeylin19 aylıq idi. İndi Raş fiziki terapiya və dil kurslarına gedir, hərəkət etməyi və danışmağı yenidən, tədricən öyrənir. "Yaddaşımı itirmişdim, heç nəyi xatırlamırdım. Ərimi, 19 aylıq qızımı da tanımırdım. Xeyli keçəndən sonra anam Marşa Raş durumu anladı və məni xəstəxayana apardı", - Raş deyib. Əri onun bu vəziyyətinə dözmək niyyətində olmadığını deyərək Şeuandanı boşamışdı. "İnsanlar doğulur, yaşayır, böyüyür, məktəbə gedirlər, dostları olur. O illərdən heç nə yadımda deyil", - zavallı qadın deyir.

OXŞAR XƏBƏRLƏR