Bu qadın ərinə və məşuqəsinə zəng vurub intihar etdi - FOTO

MARAQLI
13:06 06.02.2013
3381

24 yaşlı Temmi Patterson əri Yanvə məşuqu Lüis arasında seçim etməyə çətinlik çəkirdi.

3 yaşlı qızın, balacaEbiqeylin anası oxuduğu Deeside kollecində dərs deyən müəllimi Lüisə vurulmuşdu. Onların arasındakı münasibətlər az sonra yasaq eşqə çevrildi, az sonra isə Temmi hamilə qaldı.

Onun bətnindəki uşağın atası məşuqu Lüis idi. Üç il əvvəl ərə getdiyi 28 yaşlı əri Yan Pattersonun bu hamiləlikdən xəbər tutacağına əsla şübhə etməyən Temmi nə edəcəyini bilmirdi. Onun müəllimi, 36 yaşlı Con Lüis isə məşuqəsini sakitləşdirmək istəyir, "ərindən boşan, evlənək" deyirdi.

Britaniyanın Şimali Uels əyalətindəki Flintşir şəhərində yerləşən Deeside College-dəki kursda oxuyan Temmi çıxılmaz vəziyyətdə qalmışdı.

O, ərindən boşanmaq, eyni zamanda məşuqunu da itirmək istəmirdi. Temmi Patterson polisdə çalışırdı və işdən sonra da kollecdə oxuyurdu.

O, evinin yataq otağında özünü asıb.

Əri axşam işdən qayıdanda arvadı Temmini yataq otağında, kəndirdən asılmış vəziyyətdə tapdı.

Konstebl Temminin əynində xidməti polis forması vardı. Con Lüis isə polisə verdiyi ifadəsində deyib: "Temmi ailəsindəki problemlərdən şikayətlənirdi. Dediyinə görə, əri ilə münasibətləri lap korlanmışdı. Mənə artıq boşandığını deyirdi. Sən demə, yalan söyləyirmiş. Onunla görüşmək də istəmirdim, çünki müəllimlə tələbə arasında belə münasibətlər yolverilməzdir. Temminin hamilə olduğunu eşidəndə çaşıb qaldım. O, abort edəcəyini, karyerasına davam edəcəyini söylədi. Sonra da bir yerdə olmağı düşünürdük". Temminin SMS-ini alandan sonra Lüis və onun qardaşı Temminin yaşadığı evə, Quay Connah səmtindəki binaya tələsiblər.

Axşam saatlarında onlar evə çatanda Temminin əri artıq çölə çıxırdı.

O, Lüisi görəndə hər şeyi anladı və dedi: "O, öldü!" (milli.az)

OXŞAR XƏBƏRLƏR