Türkiyədə Havvali Ç. adlı qadın ərini ataraq doğma dayısı Hüseyin B. ilə münasibətdə olub və ona qoşularaq qaçıb.
AZXEBER.COM-un verdiyi məlumata görə, qadının əri Süleman Ç. isə bunun üçün arvadına qarşı 100 min lirəlik (təxminən, 44 min AZN) mənəvi təzminat tələbi ilə məhkəmə işinin açılmasını tələb edib.
Süleyman Ç. bir gün evə gəldikdə arvadını və qızını evdə tapmayıb və axtarışlar nəticə vermədikdə polisə şikayət edib. Polis qadını dayısı ilə birlikdə yaxalayıb. Havvali Ç. və əmisi isə öz razılıqları ilə birlikdə olduqlarını deyiblər. Qadın hazırkı ərinə zorla verildiyini və dayısını sevdiyini deyib.
Süleyman Ç. isə bunu inkar edib: “Onunla 6 ay nişanlı olduq. Könlündə biri varsa, mənə de, dedim. O isə heç kimin olmadığını bildirdi. Eyni şeyi toydan bir həftə əvvəl də etdim.” Hazırda məhkəmə işi davam edir.