Güclü emosiyalar yaşayarkən ölümün astanasında olan qadın 500 dəfə xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Natasha Coates adlı qadın mast hüceyrələrinin aktivləşdirilməsi sindromu kimi təsvir edilən bir xəstəliklə mübarizə aparır. Bu o deməkdir ki, qadın güclü duyğulara qarşı allergiyası var və sadəcə gülmək, tərləmək və ya kədərlənməkdən ölə bilər. Çünki gərgin emosiyalar onun orqanizmində dəyişikliklərə səbəb olur və həyatı üçün təhlükəli olan allergik reaksiyaya çevrilir.
Demək olar ki, hər bir insanın yediyi və içdiyi şeylərə, bəzən də havadakı müxtəlif maddələrə qarşı allergiyası ola bilər. Ancaq İngiltərədə yaşayan Natasha Coates adlı qadının allergik vəziyyəti eşidənləri heyrətə gətirir.
Nadir xəstəliyini sosial şəbəkə hesablarında izah etdikdən sonra qısa müddətdə məşhur olmağı bacaran Coates təhlükəli vəziyyətinə görə 20 yaşında öz dəfnini planlaşdırıb.
O, həyatında 500 dəfədən çox xəstəxanaya yatdığını və demək olar ki, hər gün allergik reaksiyalarla mübarizə apardığını söyləyib:
"Demək olar ki, hər gün olur və 500 dəfədən çox xəstəxanaya yatmışam. Başladığını hiss edəndə, mən pis vəziyyətə düşürəm, əsəbləşirəm və onu boğmağa çalışıram, yoxsa daha pis olacaq”.
Əvvəlki illərdə yediyi bir çox qidaya allergik reaksiya verdiyini və bədəninin fərqli reaksiya verdiyini ifadə edən Coates həkimlərin uzun illər xəstəliyinin səbəbini tapa bilmədiklərini bildirib.
Ayşən