01:15 Bazar Günü, 22 Sentyabr 2019
SOSİAL

"Bu, "Qarabağ"la oyunda uğurun açarı idi" - Tomas Doll

16:02, 20.08.20193539
"Biz favorit deyilik. "Ayaks" ötən il və bu il möhtəşəm futbol oynayıb. Nə edəcəyimizi bilirik. Hazırlaşmaq üçün cəmi bir həftə vaxtımız oldu. Futbolda hər şey mümkündür. "Qarabağ"la oyundan əvvəl üzərimizdə təzyiq daha böyük idi. Nələr edə biləcəyimizi göstərmək istəyirik".

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki,bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Çempionlar Liqasının pley-off mərhələsində "Ayaks"la ilk oyun öncəsideyib.

O, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qısa vaxt ərzində "Qarabağ" üzərində qələbə qazanmaq üçün nələr etdiyi ilə bağlı sualı belə cavablandırıb: "Məşq üçün az vaxtım var idi. Cəmi 5 hazırlığımız oldu. Demək olar ki, heyəti dəyişmədim. Cəmi iki dəyişiklik etdim. Köməkçim Ralf Tsumdiklə birgə plan hazırladıq. APOEL beş müdafiəçi ilə oynayırdı. Biz 4-3-3-ə keçdik və futbolçular bunu yaxşı qəbul etdilər. Bu, uğurun açarı idi".

T.Doll Ağdam klubu ilə oyunun çətin keçdiyini də xatırladıb: "Qapıçımız əla oyun nümayiş edirdi. Matiçin ikinci qolundan sonra, əlbəttə, sonda bir az şoka düşdük. Amma hesabı qoruduq".

Qeyd edək ki, T.Doll "Qarabağ"la cavab matçından əvvəl APOEL-in baş məşqçisi təyin olunub.
XƏBƏR LENTİ