"Bu qədər söz-söhbətlər mənə təsir etdi" - Əfran İsmayılov

"Bu qədər söz-söhbətlər mənə təsir etdi" - Əfran İsmayılov
İDMAN
11:44 31.03.2017
2017

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Matçdan sonra "Qarabağ" klubunun və millimizin futbolçusu Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin qələbə qazandıq. Çünki heyətdə çox dəyişiklik var idi. Bizdə birinci, ikinci heyət söhbəti yoxdu. Hamısı eyni səviyyəli futbolçulardı. Yaxşı oyun göstərərək qələbə qazandıq. Ancaq hələ hər şey həll olunmayıb. Finala yüksələn komandanın adı cavab matçından sonra bilinəcək. 

- Ancaq səfərdə qazanılan 2:0 hesablı qələbə böyük üstünlükdür.

- Düzdür, amma Azərbaycanda səfər anlayışı yoxdur. Bakının içində oynayırıq. Futbol gündən-günə inkişaf edir. 0:4 hesabı ilə məğlub olan komanda cavab matçında 6 qol vurur. Əsas odur ki, rahatlaşmayaq.

- Yarımfinalın digər matçında da "Qəbələ" "İnter" üzərində qələbə qazandı...

- "Qəbələ" həm çempionluğa, həm də kuboka çox iddialıdır. Ancaq biz bunu fikirləşmirik. Əvvəlcə öz oyunumuzu düşünməliyik. Kim güclüdürsə, o da qalib gəlsin.

 

- Millidəki oyununa görə çox tənqid olundu. Səncə, nə baş verir?

- Mən sosial şəbəkələrdə uzaq adamam. Oradan-buradan eşidirəm ki, söhbəti çox şişirdirlər. Deyirlər ki, səni vətən xaini elan edəcəklər. Bu, qədər də yox da. Söhbətin bu qədər şişirdilməsinin yeri yox idi. Düzdür, səhv etdim. Robert Prosineçki və Qurban Qurbanov da bildirdi ki, burada belə etmək lazımdır. Mən də başa düşdüm. Bu qədər söz-söhbətlər mənə təsir etdi.

- Xüsusən də almanların ikinci qoluna görə daha çox tənqid olundun...

- Qarşımızdakı rəqib Almaniyadır. Sizi inandırım ki, rəqib tam gücünü ortaya qoymamışdı. 30-40 faiz gücü ilə oynayırdı. Biz 14-15 km qaçdıq, amma Toni Kross 3-4. Ağıllı futbol oynayırdılar. Mən istəmirəm ki, Almaniyanı udaq? Bunu hamıdan birinci mən istəyirəm. Kimliyindən asılı olmayaraq, futbolçu stabil oynamır. Almaniyaya qarşı oynadığımız kimi Şimali İrlandiyaya qarşı oynasaq, bizim üçün yaxşı olacaq.

///goal.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
18:57 24.05.2025
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:42 24.05.2025
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil