Bloger Asya İsmayılova həmkarlarını qeyri-səmimi olmaqda ittiham edib.
AZXEBER.COM xəbər verir ki, o, sosial media hesabında həmkarlarından heç bir dəstək görmədiyini bildirib.
Asya ad çəkməsə də bəzi həmkarlarını sərt tənqid edib:
"Təsəvvür edin ki, siz blogersiz və dostluğunuzda olan bəzi həmkarlarınız 4-5 aydı sizin heç bir postunuzu "like" etmir. Halbuki, bu qədər postu görməməsi mümkün deyil. Özü də bilir ki, ən çox həmkarlar bir-birinə dəstək olmalıdır.
Əslində heç vaxt like, komment düşünən biri olmamışam. Zatən izləyicilərim həmişə dəyər verib, realda məni tanımadığı halda. Burada söhbət sırf sənlə, realda yaxşı münasibətdə olan insanlardan gedir. Mənim izlədiklərim arasında heç vaxt həyatda görmədiyim insanlar belə var, postu qarşıma çıxan kimi "like" edirəm. Sadəcə bu qurdduluq niyə? Qardaş, bəyənmirsən, maraqlı deyil, izləmədən çıxart. Tərəddüd edirsən ki, camaat nəsə danışar çıxartsam? Ya qoy qalsın da, birdən nəsə işim düşər? və s.
Səbəb naməlum. Amma bilin ki, bu qəlbə sahib olduqca siz əsla, izləyicilər tərəfindən çox sevilən və bəyənilən olmayacaqsınız. Çünki, onlar həmişə hər şeyi hiss edir. Özü də bizdən daha yaxşı".