Bu qəsəbədə ölmək qadağandır: Dünyanın ən qəribə qanunları

Bu qəsəbədə ölmək qadağandır: Dünyanın ən qəribə qanunları
MARAQLI
11:07 09.06.2026
132
Dünyanın müxtəlif ölkələrində qüvvədə olan bəzi qanunlar ilk baxışda olduqca qəribə görünür. Tarixi, mədəni və ya təhlükəsizlik səbəbləri ilə qəbul edilən bu qaydalar bu gün də maraq doğurmağa davam edir.
 
AZXEBER.COM dünyanın dörd br yanında tətbiq olunan və eşidənləri təəccübləndirən bəzi qanunları oxuculara təqdim edir:

1. Sinqapurda saqqız satışı və istifadəsi qəti qadağandır 

Sinqapurda 1992-ci ildən etibarən saqqızın satışı və istifadəsi ciddi şəkildə məhdudlaşdırılıb. Məqsəd şəhərin təmizliyini qorumaqdır.

2. İsveçrədə  dəniz donuzunu tək saxlamaq olmaz 

İsveçrədə dəniz donuzları sosial heyvanlar hesab olunur. Buna görə də onların tək saxlanılması heyvan rifahı qaydalarına zidd sayılır.

3. Yunanıstanda tarixi abidələrdə hündürdaban ayaqqabı geyinmək qadağandır 

Yunanıstanın bəzi arxeoloji məkanlarında hündürdaban ayaqqabı geyinməyə icazə verilmir. Bunun səbəbi qədim tikililərin zədələnməsinin qarşısını almaqdır.

4. Venesiyada göyərçinləri yemləmək cərimə ilə nəticələnə bilər 

İtaliyanın Venesiya şəhərində bəzi ərazilərdə göyərçinləri yemləmək qadağandır. Səlahiyyətlilər bunun tarixi binalara zərər vurduğunu bildirirlər.

5. Bəzi Karib ölkələrində kamuflyaj geyimlər qadağandır 

Bəzi Karib hövzəsi ölkələrində kamuflyaj naxışlı geyimlərdən yalnız hərbçilərin istifadə etməsinə icazə verilir.

6. ABŞ-ın bəzi ölkələrində saxta bığla kilsəyə getmək olmaz 

ABŞ-da vaxtilə qəbul edilmiş bəzi yerli qaydalara əsasən, saxta bığ taxaraq kilsəyə getmək qadağan hesab olunurdu.

7.  Böyük Britaniyada şübhəli şəkildə qızılbalıq daşımaq cinayət sayılır 

Böyük Britaniya qanunvericiliyində "şübhəli şəraitdə qızılbalıq saxlamaq və ya daşımaq" qanun pozuntusu kimi qiymətləndirilir.

8. Şri-Lanka budda heykəli ilə hörmətsiz foto çəkdirmək qadağandır 

Şri-Lankada Budda heykəllərinə arxa çevirərək şəkil çəkdirmək hörmətsizlik hesab oluna və hüquqi problemlər yarada bilər.

9. İtaliyada evdə it saxlayan vətəndaşlara iti hər gün gəzdirmək məcburidir

İtaliyanın bəzi bölgələrində ev heyvanı sahibləri itlərini mütəmadi olaraq gəzintiyə çıxarmalıdırlar.

10.  Norveçin Longyearbyen qəsəbəsində "Ölmək qadağandır" 

Norveçin Longyearbyen qəsəbəsində sərt iqlim şəraiti səbəbindən cəsədlərin təbii çürüməsi çətin olduğuna görə ağır xəstələrin başqa bölgələrə köçürülməsi praktikası tətbiq olunur. Buna görə də qəsəbə qeyri-rəsmi olaraq "ölməyin qadağan olduğu yer" kimi tanınır.

Bu qanunların bəziləri praktiki səbəblərlə qəbul edilsə də, bir çoxu dünyanın ən qəribə hüquqi qaydaları sırasında göstərilir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR