Bu qida məhsullarının ixracı sabahdan dayanır

Bu qida məhsullarının ixracı sabahdan dayanır
SOSİAL
19:51 08.02.2026
4589
Türkiyədə Ramazan ayından əvvəl istehsalçılar və satıcılar tərəfindən toyuq qiymətlərinin təxminən 15% artırmasından sonra ölkənin Ticarət Nazirliyi sabahdan etibarən toyuq məhsullarının ixracının dayandırılacağını açıqlayıb.

Bu barədə AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir.
Nazirlik bildirib ki, qərar daxili bazarda təklifi artırmaq və qiymət artımlarını məhdudlaşdırmaq üçün verilib.

Açıqlamada əlavə edilib ki, bazardakı inkişaflar yaxından izləniləcək və zəruri hallarda əlavə tədbirlər nəzərdən keçirilə bilər.
OXŞAR XƏBƏRLƏR