Bu qidalar depressiyaya səbəb olur

MARAQLI
14:20 02.09.2024
257
Tərkibində süni dadlandırıcılar olan qidaların depressiyaya səbəb olduğu məlum olub.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, ABŞ-də aparılan araşdırmaya görə, emal olunmuş qidalar və xüsusilə tərkibində süni dadlandırıcılar olan qablaşdırılmış məhsullar fiziki sağlamlığa zərər vurmaqla yanaşı, depressiyaya səbəb olur.

Dadlandırıcıların insanın sinir sisteminə təsir etdiyi və psixoloji problemlərə səbəb olduğu təsdiqlənib.
 
Mütəxəssislər qida alarkən etiketləri oxumağın vacib olduğunu bildirib:
 
"Alış-veriş edərkən daha çox şüurlu olmalıyıq. Evdə hazırlanan yeməkləri soyuducuda və ya dondurucuda sağlam şəkildə saxlamaq olar. Qablaşdırılmış qidaların etiketlərini isə daha diqqətlə oxuyun".

Aysel


OXŞAR XƏBƏRLƏR