Bu qız 2019-cu ilin “Dünya gözəli” seçildi — FOTO

MARAQLI
14:38 15.12.2019
4590
Lodonda "Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi seçilib.

Tacın sahibi Yamaykadan 23 yaşlı Toni-Enn Sinqx olub.

Toni-Enn Sinqxə tacı "Dünya gözəli-2018”-in qalibi Vanessa Ponse de Leon təqdim edib. Toni-Enn Sinqx gözəllik müsabiqəsində qalib gələn ikinci yamaykalıdır. 

İlk dəfə 1993-cü ildə Yamayka təmsilçisi dünya gözəli seçilib. 

"Dünya gözəli-2019” Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb.
 
///APA
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR