İngiltərədə yaşayan qadın ərə getmək istəyir. Ən maraqlısı isə odur ki, 31 yaşlı Emma McKabe ağacla evlənmək niyyətindədir.ANS PRESS-in məlumatına görə, qadın ağaca aşiq olduğunu ailəsinə də bildirib. O, ağacla nigaha daxil olmaq istədiyini də hamıya elan edib.Qadın ağaca ad da qoyub - Tim."Mənim hiss etdiklərin gerçəkdir. Ağac mənim ehtiyaclarımı qarşılayır. Hər həftə onunla oluram". Qızın sözlərinə görə, əvvəl ailəsi onun bu təklifini eşidəndə şoka düşüb. Lakin sonradan onu anlayıb və dəstəkləyiblər.Mütəxəssislərin sözlərinə görə, Emma dendrofili adlanan narahatlıqdan əziyyət çəkir. Bu sindroma yoluxanlarda ağaclara qarşı həddindən artıq çox sevgi yaranır.İngilis qızın da kişilər ilə münasibət qura bilməməsindən sonra bu sindroma tutulduğu ehtimal edilir. Nəticədə o ona yox deyə bilməyəcək bir canlıya maraq duymağa başlayıb.