May ayının 12-i Bakı Jazz Mərkəzində “Miss Azerbaijan” 2013 müsabiqəsinin qalibi bəlli olub.AZXEBER.COM-un məlumatına görə, yarışmanın münsiflər heyyətində xalq artisti İlhamə Quliyeva, Təranə Muradova, modelyer Leyla Əhmədova, model Züleyxa Akçurina və başqaları əyləşib.Gecədə finalçılar dörd turda öz məharətlərini göstəriblər. Birincilik uğrunda mübarizə aparan 16 gənc xanım bir neçə nominasiya üzrə mükafatlandırılıblar.“Miss Azerbaijan 2013” adına isə Fidan Məmmədova layiq görülüb. Fidanın tacını Züleyxa Akçurina taxıb.Qaliblərə sponsorlar tərəfindən hədiyyələr və “Miss Azerbaijan”ın model sertifikatı verilib.Qeyd edək ki, gecənin aparıcılığını Anar Xəlilov və Minarə Atasiyevanın edib.Foto Hüseyn Mehdiyev