"Miss Xorvatiya” geyimilə Qətərdə gündəm yaradıb.
AZXEBER.COM-un xəbərinə görə, Qətərdə davam edən futbol üzrə Dünya Çempionatında Xorvatiyanın oyununa gedən model İvana Knoll dünya gündəminə düşüb.
Sosial şəbəkələrdə yayılan iddialara görə, o, geyiminə görə Qətərdə həbs oluna bilər. İvana isə həbs edilməkdən qorxmadığını bildirib.
Qeyd edək ki, İvana Knoll deyib ki, Qətərdə keçirilən çempionata qoşulmaq üçün geyim məhdudiyyətlərini oxuduqdan sonra "çox qəzəblənib". Lakin 26 yaşlı model bildirib ki, Qətərdə səlahiyyətlilər onun üçün "heç bir problem yaratmır".
Mikayıl