Bu qız Gəncədə ofis rəhbəri oldu - FOTOLAR

GƏNCLİK
21:00 03.04.2014
5178

Gənclər üçün Təhsil Mərkəzinin strukturunda yeni dəyişiklik edilib.

Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, mərkəzin üzvü Aygün Həsənzadə Gəncə Regional Ofisinə rəhbər təyin olunub.

Gəncə Dövlət Universitetinin məzunu olan A.Həsənzadə bu vəzifəyədək müxtəlif ictimai təşkilatlarda layihə rəhbəri və üzv olaraq təmsil olunub, müxtəlif mükafatlara layiq görülüb.

Mərkəz bu ildən Gəncədə fəaliyyət göstərən ofisinin daha da təkmilləşdirilməsi və inkişafı üçün ciddi səylər göstərəcək. Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi, şəhərin günbəgün inkişafı və gənclərin ictimai fəallığı Mərkəzin regional ofisinin üzərinə ciddi öhdəliklər qoyub.

Gəncə Regional Ofisinin təqdimat mərasimi bu ayın sonunda keçiriləcək.

AZXEBER.COM ofis rəhbərinin fotolarını təqdim edir və faəliyyətində ona uğurlar arzulayır.

OXŞAR XƏBƏRLƏR