Şortları artıq yayda deyil, qışda da geyinmək dəbdədir!
Qısa dəri şortlar qış mövsümdə olduqca trend olan geyimdir.Qalın, yun və dəri materialdan hazırlanan şortlar mövsümün ən iddialı modelləridir.
Qalın, dəri, yun, zərxara və başqa parçalardan tikilən qışlıq şort modelləri neçə ildir ki, qadınların böyük marağına səbəb olur. Bu maraq da boşuna deyil: boz şort, qara, qalın köynək, üstəgəl qalın corablarla kombinasiya edildiyi zaman həqiqətən də çox xoş stil yaranır.
2014-cü ilin moda trendləri arasında ən çox bəhs edilən modellərdən biri damalı şortlardır.
Düz, naxışlı corablar və ya rəngli yun corablar bu stilin tamamlayıcısıdır.
Yırtıq və dəliklik cins şortlar da müxtəlif model köynəklərlə də kombinasiya edilə bilər.
Soyuq hava şəraiti nəzərə alınaraq hazırlanan bu şortlar bol kəsim köynəklərlə və uzun çəkmələrlə geyinilməlidir.
Naxışlı qışlıq şortikləri bir-biri ilə eyni tonda tək rəng köynək və corablarla tamamlamaq olar.
Cibli, zəncir detalları ilə işlənmiş, yüksək bel şortlar isə keçən il də olduqca aktual idi.
Bu gözəl şortları geyimə uyğun çəkmələr, hündürdaban ayaqqabılar və uqqilərlə tamamlasanız, çox gözəl görünəcəsksiniz.
Payız və qış aylarında da şortdan ayrıla bilməyən qadınlar üçün müxtəlif modellər seçmişik.(publika.az)