Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sığortaedənlərin 01.07.2017-ci il tarixinə borcunun məbləği ilin əvvəlinə nisbətən 29,9 mln. manat və ya 9,3% artaraq 351,14 mln. manata çatıb. Qeyd edək ki, borc üzrə artım həm iri sığortaedənlər üzrə, həm qeyri-büdcə sektorunda fəaliyyət göstərən digər hüquqi şəxslər, həm də bələdiyyə mülkiyyətində olan digər təşkilatlarında müşahidə olunub.
AZXEBER.COM Hesablama Palatasına istinadən xəbər verir ki, hesabat dövrünə Fondun debitor borclarının 59,18 mln. manatı (47,92 mln. manat borcun əsas məbləği, 11,24 mln. manat penya və maliyyə sanksiyaları, 0,02 mln. manat digər borclar) və ya 16,9%-i iri sığortaedənlər üzrə formalaşıb. Bu da ilin əvvəlinə olan borc məbləğindən 10,53 mln. manat və ya 21,6% çoxdur. O cümlədən, artım borcun əsas məbləği üzrə 9,67 mln. manat və ya 25,3%, penya və maliyyə sanksiyaları üzrə 0,85 mln. manat və ya 8,1% təşkil edib.
Əvvəlki dövrlərdə olduğu kimi, 01.07.2017-ci il tarixə də iri sığortaedənlər üzrə Fondun debitor borclarının əsas hissəsi - 30,53 mln. manatı və ya 51,6%-i "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə aid olub. Bu təşkilat üzrə Fondun debitor borclarının məbləği ilin əvvəlinə nisbətən 1,78 mln. manat və ya 6,2%, o cümlədən, borcun əsas məbləği 1,58 mln. manat, penya və maliyyə sanksiyaları üzrə borclar 0,21 mln. manat artıb.
01.07.2017-ci il tarixə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Fonda borcu 9,29 mln. manat (7,39 mln. manat borcun əsas məbləği, 1,89 mln. manat penya və maliyyə sanksiyaları, 0,01 mln. manat digər borclar) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 15,7%-i qədər təşkil edib ki, bu da ilin əvvəlinə olan borc məbləğindən 0,35 mln. manat və ya 3,9% çoxdur (o cümlədən, artım borcun əsas məbləği üzrə 0,33 mln. manat və ya 4,7%, penya və maliyyə sanksiyaları üzrə 0,01 mln. manat və ya 0,5% artıb).
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin də 2017-ci ilin əvvəlinə nisbətən I yarısının sonunda Fonda borcu 0,13 mln. manat və ya 2,2% artaraq (o cümlədən, borcun əsas məbləği üzrə 0,13 mln. manat və ya 2,3%) 6,08 mln. manata (5,78 mln. manat borcun əsas məbləği, 0,3 mln. manat penya və maliyyə sanksiyaları) çatıb. Fondun irisığortaedənlər üzrə debitor borclarının 10,3%-i qədərdir.
Azərbaycan Dövlət Neft Şirkətinin, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin də Fonda borcları 2017-ci ilin əvvəlinə nisbətən 1 iyul tarixinə artıb. Artım Azərbaycan Dövlət Neft Şirkəti üzrə borcun əsas məbləği olmaqla 0,58 mln. manat və ya 77,3%, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 0,76 mln. manat və ya 33,5% (o cümlədən, borcun əsas məbləği üzrə 0,7 mln. manat və ya 38,5%, penya və maliyyə sanksiyaları üzrə 0,62 21 mln. manat və ya 13,9%), "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə 0,55 mln. manat və ya 35,3% (o cümlədən, borcun əsas məbləği üzrə 0,53 mln. manat və ya 34,05%) təşkil edib.
01.07.2017-ci il tarixə bu təşkilatların Fonda borcunun məbləği, müvafiq olaraq 1,33 mln. manat və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,2%-i qədər, 3,03 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,52 mln. manat, penya və maliyyə sanksiyaları 0,51 mln. manat) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 5,1%-i qədər və 2,11 mln. manat (o cümlədən, borcun əsas məbləği 2,09 mln. manat) və ya Fondun iri sığortaedənlər üzrə debitor borclarının 3,6%-i qədər olub.
2017-ci ilin əvvəlinə "Azərkimya” İstehsalat Birliyi və "Azəriqaz” İstehsalat Birliyinin Fonda borcu olmasa da 01.07.2017-ci il tarixə borcun əsas məbləği olmaqla "Azərkimya” İstehsalat Birliyinin Fonda 0,01 mln. manat, "Azəriqaz” İstehsalat Birliyinin isə 1,45 mln. manat (Fondun iri sığortaedənlər üzrə debitor borclarının 2,5%-i qədər) borcu yaranıb.
İri sığortaedənlərdən ilin əvvəlinə nisbətən Fonda borc məbləğlərində azalma yalnız "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə müşahidə edilən, bu təşkilatın Fonda borc məbləği ilin əvvəlinə nisbətən 59,7 min manat azalaraq 372,5 min manat təşkil edib. Bu da Fondun iri sığortaedənlər üzrə debitor borcunun 0,6%-i, ilin əvvəlinə olan müvafiq borc məbləğinin isə 86,2%-i qədərdir.