Bu rayonda məktəblər bağladı, şagirdlərin aqibəti necə olacaq? - VİDEO

Bu rayonda məktəblər bağladı, şagirdlərin aqibəti necə olacaq? - VİDEO
SOSİAL
00:18 29.08.2026
118
İsmayıllıda bəzi kənd məktəbləri fəaliyyətini dayandırıb...Bu isə valideynlərin narahatlığına səbəb olub...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Namazgah kəndinin sakinlərinin sözlərinə görə, məktəblərin bağlanması şagirdlərin təhsil almaq üçün uzun məsafələr qət etməsinə səbəb olur. İbtidai sinifdə təhsil alanlar daxil, şagirdlər 5-10, hətta 15-20 kilometr uzaqda yerləşən məktəblərə getməli olurlar.

Sakinlər bildirirlər ki, bu vəziyyət xüsusilə qış aylarında ciddi çətinlik yaradır. Qar, çovğun və yolların keçilməz olması səbəbindən uşaqların məktəbə gedib-gəlməsi çətinləşir. Valideynlərin bir qismi isə övladlarının təhsilini davam etdirməsi üçün kəndi tərk etmək məcburiyyətində qalır. 

Şagirdlər də məktəbin bağlanmasının onlara çətinlik yaratdığını deyirlər.

Problemin Namazgah kəndi ilə məhdudlaşmır. Digər kəndlərdə yaşayan sakinlər də oxşar çətinliklərlə üzləşdiklərini deyirlər.

OXŞAR XƏBƏRLƏR