xari

Bu rayonlarda iki gün qaz olmayacaq

SOSİAL
21:17 27.11.2020
2230
Diametri 1 200 mm olan 'Mozdok-Qazıməmməd" yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi 2 gün ərzində təmir işləri aparacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, kəmərin 332 və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28 və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, "Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq "Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur. Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:49 18.01.2021

Rusiyada qar uçqunu baş verib - VİDEO

19:16 18.01.2021

Vilayət Eyvazov: “Ötən il cinayətlərin 85 faizinin üstü açılıb”

19:06 18.01.2021

Səfir: “Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır”

18:47 18.01.2021

Çavuşoğu turizm mövsümündən danışdı: Vaksinasiya nəzərə alınacaq

18:35 18.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

18:28 18.01.2021

Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı

17:52 18.01.2021

Şəhidlər xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək

17:41 18.01.2021

Azərbaycanla Türkiyə media sahəsində strateji əməkdaşlıq edəcək

17:35 18.01.2021

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISI

17:19 18.01.2021

“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir

17:04 18.01.2021

Şuşada beşmərtəbəli binada yanğın olub

16:59 18.01.2021

Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır"

16:57 18.01.2021

ÜST: Dünya fəlakətə bərabər mənəvi uğursuzluğun astanasındadır

16:46 18.01.2021

Prezident: "Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək"

16:36 18.01.2021

Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”

16:28 18.01.2021

İlham Əliyev: "Bu gün fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur"