Bu rayonlarda su kəsiləcək

Bu rayonlarda su kəsiləcək
SOSİAL
10:35 15.08.2018
2880
Son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərsu” ASC-nin açıqlamasında bildirilir. Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 
OXŞAR XƏBƏRLƏR