Azərbaycanda olmaqdan çox məmnunam. Referendumla bağlı səsvermə prosesini izləyərkən müşahidə etdiklərim məndə xoş təəssüratlar yaradıb.
Bu sözləri sentyabrın 26-da ölkəmizdə keçirilən referendum prosesini müşahidə edən Böyük Britaniya parlamentinin üzvü Lord David Evans deyib.
Britaniyalı deputat xüsusi vurğulayıb ki, Azərbaycanda bu referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir.