"Bu referendum xalqımızın həyatında əsl toy - bayrama çevriləcək" - Çingiz Bayramov

"Bu referendum xalqımızın həyatında əsl toy - bayrama çevriləcək" - Çingiz Bayramov
13:33 24.09.2016
2205
Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş referendum xalqımızın həyatında əsl toy - bayrama çevriləcək". Bu sözləri AZXEBER.COM-a açıqlamasında TÜMİB-in sədri, "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Çingiz Bayramov deyib. 
 
O bildirib ki, 26 sentyabrdan sonra Azərbaycan daha da güclü dövlət olacaq: "Konstitusiyamıza təklif olunan dəyişikliklərdən biri də dövlətimizin daha da güclü olması naminə səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra hakmiyyəti şaqulisini və icra intizamını möhkəmləndirmək məqsədindən irəli gəlir, iqtisdi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edir".
 
 
Çingiz Bayramov bu dəyişikliklərin gənclər üçün də önəmindən danışpıb: "Həmçinin yeni qəbul olunacaq dəyişikliklərlə gənclərin ictimai-siyasi həyatında fəallığı daha da artacaq və yeni ictimai - siyasi liderlerin üzə çıxmasına təkan verəcəkdir.Hər bir Azərbaycan vətəndaşının daha da güclü, bütöv və qüdrətli Azərbaycan dövlətində yaşamaq haqqıdı"
OXŞAR XƏBƏRLƏR