AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Ban Ki Mun Suriya rejimini sərt sözlərlə tənqid edib.
Ban Ki Mun Əsəd rejiminin 10 aprelə qədər bütün əsgərlərini və ağır silahlarını yaşayış məskənlərindən çəkmə sözü verməsinə baxmayaraq günahsız insanları öldürməyə davam etdiyini deyib.
Baş katib yazılı açıqlamasında Suriyadakı vəziyyətin sürətlə pisləşdiyini, 1 milyon insanın bundan zərər çəkdiyini, qonşu ölkələrə qaçan suriyalıların sayının əndişə verici dərəcədə artdığını bildirib.
Ban Ki Mun Suriya rəsmilərinin ciddi insan haqları və beynəlxalq hüquq pozuntularına görə məsuliyyət daşıdığını deyib vəƏsəd rejimini bu pozuntulara son qoymağa çağırıb.