Sibirdəki xəstəxanaların birində ruh görüntülənib.
AZXEBER.COM-un məlumatına görə, Mejdureçensk qəsəbəsində yerləşən xəstəxanada hamını şoka salan hadisə yaşanıb. Təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə bir qızın gecə saatlarında xəstəxananın koridorunda gəzdiyi ortaya çıxıb. Daha sonra həmin qzın divardan keçərək yox olduğu görünür.
Məsələylə bağlı xəstəxana rəhbərliyi mətbuata heç bir açıqlama verməsə də, Rusiya telekanalları bu olayla bağlı araşdırmalara başlayıb.
“Vesti” kanalının əldə etdiyi məlumata görə, illər öncə həmin xəstəxanada bir qadın tək başına vəfat edib. Həmin hadisədən bu günə kimi ruh xəstəxananın koridorunda gecə saatlarında görünməyə başlayıb.
Xəstəxanada işləyən işçilər də bu faktı təsdiqləyib.