"Bu, Rusiyanın öhdəlikləri ilə ziddiyyət təşkil edir"– XİN-dən etiraz

"Bu, Rusiyanın öhdəlikləri ilə ziddiyyət təşkil edir"– XİN-dən etiraz
Siyasət
23:38 24.11.2018
5831
Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri” Rusiya Federasiyasına səfər edib. Qanunsuz separatçı rejim nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir".

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda deyilir.

"Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də "Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini” əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.

Qanunsuz qurumun "rəhbərinin” ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür", - dəyə bəyanatda qeyd olunub.

Bundan əvvəl XİN ABŞ-ın Minsk qrupunun üzvü kimi separatçı Dağlıq Qarabağ rejimi nümayəndələrinə viza verməsinin ciddi suallar doğurduğunu bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
09:33 09.08.2025
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
09:30 09.08.2025
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
09:28 09.08.2025
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
09:25 09.08.2025
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
09:23 09.08.2025
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
09:21 09.08.2025
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
09:20 09.08.2025
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
09:19 09.08.2025
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
09:16 09.08.2025
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
Türkiyədən Vaşinqton razılaşmasına dəstək: “Tarixi fürsət qaçırılmamalıdır!”
09:12 09.08.2025
Türkiyədən Vaşinqton razılaşmasına dəstək: “Tarixi fürsət qaçırılmamalıdır!”