"Bu sammitin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram" - Paşinyan

"Bu sammitin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram" - Paşinyan
SİYASƏT
21:20 23.05.2025
599
"Mən Avropa Siyasi Birliyi sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan X sosial hesabında yazıb.

"Vurğulamaq vacibdir ki, Ermənistan və Azərbaycanın ASB-yə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı dəstəkləyiblər",- deyə Paşinyan vurğulayıb. 

Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta ASB sammitinin 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bəyan edib.
 
/unikal
OXŞAR XƏBƏRLƏR