Bu saytla hələ tanış deyilsiniz?Artıq internet məkanına yeni bir sayt daxil oldu. Bu sayt bir çox cəhətləri ilə elə ilk gündən özünə oxucu toplamağı bacarıb. Saytın gənclərdən ibarət yaradıcı heyəti böyük həvəs və peşəkarlıqla işə başlayıb.Guzgu.az saytında indiyə qədər heç yerdə oxumadığınız çox maraqlı araşdırmalar, müsahibələr, sorğular, köşə yazıları yer alıb. Saytın əsas özəlliklərindən biri odur ki, burda foto və video-reportajlara üstünlük veriləcək. Müxbirlər ən müxtəlif sahələrə nüfuz edəcək, sizin üçün qaranlıq qalan məsələləri işıqlandıracaqlar.Bu sayta daxil olduğunuz zaman həm də intellektinizi işə salıb, əylənə də biləcəksiniz. Xüsusilə də “Başını işlət” bölməsi hər gün monoton iş həyatınızın içində bir dəyişkənlik yaradacaq. Bu bölmə yaddaşın güclənməsinə, beyin məşqlərinə-bir sözlə parlaq zəkaya xidmət göstərəcək.Beləliklə, dürüst və təfsiz olacağına ürəkdən inanan yeni komanda onlara qoşulan bütün oxuculara öncədən təşəkkür edir və sizin etimadınızı qazanmağı arzulayır. Biz də həmkarlarımıza uğurlar arzulayırıq və sizi yeni sayta dəvət edirik!