Xalq Cəbhəsi Partiyasının yüksək seçkili orqanının daha bir üzvü təşkilatı tərk edib.
AZXEBER.COM xəbər verir ki, AXCP Ali Məclisinin üzvü olan Elçin Rüstəmli uzun müddət təmsil olunduğu partiya ilə yollarını ayırıb.
E.Rüstəmli partiyadan istefa verməsinin səbəbini özünün “Facebook” səhifəsində belə izah edib:
“Mən uzun müddət AXCP Ali Məclisinin üzvü olsam da siyasi fəaliyyətlə məşğul olmaq imkanlarım olmayıb. Bundan sonra da siyasi fəaliyyət göstərmək, partiya üzvü olmaq niyyətim yoxdur. Bu səbəbdən AXCP üzvlüyündən istefa verdiyimi bildirirəm”.