21:53 Cümə, 22 Noyabr 2019
TOP4

Bu şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq - SİYAHI

20:45, 18.10.201920418
Bu şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq - SİYAHI
2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək. 

"Report" bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir. 

Sənədlərə əsasən, söhbət Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabadi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarından gedir. 

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8% çoxdur
XƏBƏR LENTİ