İranda naməlum səbəbdən 400-ə yaxın insan zəhərlənib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə İranın Gilan əyalətində baş verib.
Belə ki, iyunun 28-dən etibarən Gilan vilayətinin Rizvanşehir rayonunda çoxlu insan ürəkbulanma, baş ağrısı və ürək döyüntüsü kimi şikayətlərlə xəstəxanalara müraciət edib.
Yerli mənbələr zəhərlənmə hallarının çirkab suların içməli suya qarışmasından qaynaqlandığını bildirir.
Gilan Tibb Universitetinin rektoru Məhəmməd Taki Aşubi bildirib ki, zəhərlənməyə səbəb suyun çirklənməsi ola bilər, lakin araşdırmalar davam edir.
Qəzetin adını açıqlamayan mənbənin sözlərinə görə, zəhərlənmə hadisələrinin başlandığı ilk gündən 400 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib və bu prosesdə onların içməli suları yoxlanılıb, lakin hələlik nəticələr açıqlanmayıb.
Oksana