Bu şəhərdə su kəsiləcək

Bu şəhərdə su kəsiləcək
SOSİAL
15:08 24.05.2023
131
Mayın 25-də Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən AZXEBER.COM-a verilən məlumata görə, bununla əlaqədar mayın 24-də gecə saatlarından birinci magistral
kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik.
OXŞAR XƏBƏRLƏR