Vüsalə Mustafayeva
"Qadınlar" Gəl dostum sənə bu şəhərin qadınlarından danışımÖzü qırmızı paltarda, daxilində geyinmiş qaradanÜmidlərini çoxdan torpağa basdırıbGözü yollarda qalan qadınlarından.Gəl danışım içindəki sevgilərdən,O sevgidə öldürüb, ruhu ilə dəfn etdiyi sevgililərdən,Sevgisi özündən ağır, sevgisi çiyinlərinə yük olan qadınlarından.Uzaqdan sevmək ən gözəlidir deyib özünü ovudanlarından danışım.Gəl danışım bu şəhərin qadınlarının imtinalarındanBirinin ailəsindən, o birinin övladından, dostundan,Yox, dilim gəlmir danışım sevgilisindən.Ən yaxşı halda özündən imtinasından danışım.Gəl mən sənə çarəsizliyini gizlədib, ayaqüstə dimdik duran,Bütün kədərini bir sevinclə unudan,Xəyanətləri belə görməzdən gələn qadınlarından danışım.Gəl dostum danışım sənə“Qadın ilk öncə anadır” cümləsindəkiHeç vaxt ana olmayan qadınlardan,Övladına “analıq qayğısını”, sevgisini əsirgəyənlərdən.Bax dostum bir də belə qadınları var bu şəhərinSaçlarında qar bəyazını daşıyan,Ürəyində payızın boz havasını daşıyıb gözlərində yağışını gizlədən,Üzündə güllər açan qadınları.Qadınlara toxunmaq günahdır, dostumHər qadın öz şəhərində, öz evində gözəldir.Məncə sevəndən çox sevilən qadın daha gözəldir.