Amerikalı balıqçının yaxalayaraq virtual dünyada paylaşdığı dəniz canlısının fotoşəkli bütün dünyanı vahiməyə saldı. Məlumata görə balıqçı Duq Katler yay-oxla ovladığı heyvanın şəklini çəkərək “Reddit” saytı vasitəsilə dostları ilə paylaşıb. Qeyd edək ki, qanlı dərisi və sivri dişləri görənlər üzərində onun vəhşi, qorxunc bir dəniz canlısı olması barədə təəssürat yaradıb. Katlerin 1.2 milyon tərəfindən görülən şəkli internetdə dəfələrlə də paylaşılıb. Məlum olub ki bu, dəniz canlılarından olan minoqa (lamprey) imiş. Şəklin çəkilmə bucağı və fotoaparatın yaxında olması minoqanı qorxunc bir dəniz canlısı kimi göstərib.

