Vüsalə MustafazadəBu sevgi sənsiz olmaz demişdin Sən olmadan Nə yaxından yaşanar nə uzaqdan.Bu sevgi məsafəsiz Zamansız, məkansız yaşanar demişdin. Bu sevgi sənsiz olmaz ki Küsər xatirələr Soyuyacaq qəhvələr. Bizsiz qalan sahillər Gediləcək yollar küsər demişdin. Bu sevgi sənsiz olmaz, Bu yollar sənsiz gedilməz Sərhədlər keçilməz ki demişdin. Bu sevgi bir günəşin doğuşunda Bir qəhvənin qoxusunda, Bir gülün ətrində Bir qucağın istisində Bir evin küncündə yaşanar demişdin. Sənsiz nəinki bir gün bir saat belə keçməz Sənsiz günlər yerini dəyişər Bədənimdə ruhum darıxar demişdin. Göz yaşların ancaq xoşbəxtlikdən süzülər, Darıxmağın rəngini unudarsan demişdin. Bu sevgi lügətdəki ayrılığı, həsrəti silər Yalnızlıqların üstündən xətt çəkər. Gecələri gündüz edər, Bütün qışları bahar edər demişdin. Düşünürəm ki Bizdə bu boyda sevgi varkən Mən ancaq xoşbəxtlikdən süzülən Göz yaşlarımı silər Sənlə yaşamağın zövqünü dadaram. İkimiz boyda eşq varkən Dünya qarşımıza diz çökər Bəlkə kəpənəklərin belə ömrü uzanar. Bir gün yoxluğunda, Mən sənsiz dünyanın istənilən yerində Mən sənsiz istənilən zamanda Keçmişimdə, bu günümdə, gələcəkdə Sənə olan sevgimlə, sənli xatirələrimlə,