Bu şəxslər 2 min manatadək cərimə EDİLƏCƏKLƏR

Bu şəxslər 2 min manatadək cərimə EDİLƏCƏKLƏR
SOSİAL
13:16 16.03.2026
476
Qrant alınması və ya verilməsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimlər müəyyənləşəcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin martın 12-də keçirilən videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən "Qrant haqqında" Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsinə əsasən, eyni əmələ görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək./Trend.Az
OXŞAR XƏBƏRLƏR