Bu şəxslərə diplomatik pasport veriləcək

Bu şəxslərə diplomatik pasport veriləcək
SOSİAL
11:34 08.05.2017
925

 

Azərbaycanda Prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar.

Bununla bağlı "Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir.

Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək.

Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.


///APA
OXŞAR XƏBƏRLƏR