Bu şəxslərə nəqliyyatda endirim olacaq - Rəsmi

Bu şəxslərə nəqliyyatda endirim olacaq - Rəsmi
SOSİAL
12:47 04.03.2026
470
160 minə yaxın tələbə artıq "TələbəPlus" kartından istifadə edir. Gələcəkdə bu kart vasitə ilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur.

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "TəhsilPlus kartı": təhsil işçiləri üçün yeni imkanlar" mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, müəllimlər üçün nəzərdə tutulmuş "TəhsilPlus" kartı ilə isə müəllimlər üçün ictmai nəqliyyatda gediş 10 faiz güzəştli olacaq.
OXŞAR XƏBƏRLƏR