Bu şəxslərə pul veriləcək - Büdcədən 98 min manat ayrıldı

Bu şəxslərə pul veriləcək - Büdcədən 98 min manat ayrıldı
İQTİSADİYYAT
13:38 01.04.2025
280
Gənc istedadlara xüsusi təqaüdlər verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə pul ayrılıb.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, adları "Qızıl kitab"a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98794 (doxsan səkkiz min yeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılıb.
OXŞAR XƏBƏRLƏR