Bu şəxslərə SMS göndəriləcək

SOSİAL
18:04 08.07.2020
1792
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdəndir.

İqtisadiyyat Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu tələblərə riayət olunmasının vacibliyinin bir daha istehlakçıların diqqətinə çatdırılması məqsədilə Nazirlik tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb.

Belə ki, iyulun 5-dən etibarən "Azercell”, "Bakcell” və "Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet