Bu şəxslərə verilən pensiya artırıla bilər

Bu şəxslərə verilən pensiya artırıla bilər
SOSİAL
22:30 16.04.2022
623
Vəfat etmiş işləyən pensiyaçının pensiyasının yenidən hesablanması üçün hüquqi baza yaradılacaq.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin dediyinə görə, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilir.

M.Quliyev bildirib ki, bu imkan verəcək ki, vəfat etmiş şəxs pensiyaya çıxdığı vaxtdan sonra topladığı istifadə olunmamış pensiya kapitalının yenidən hesablanaraq ailə başçısını itirməyə görə ailəyə təyin olunan pensiyanın məbləğinin artırılması mümkün olsun.
OXŞAR XƏBƏRLƏR