Bu şəxslərin də əmək haqları artırıldı

İQTİSADİYYAT
16:48 03.03.2022
2192
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əmək haqları artırılıb.

AZXEBER.COM xəbər verir ki, universitetdən "oxu.az”a verilən məlumata görə, bu haqda ADPU-nun mart ayının 2-də keçirilən Elmi Şurasında qərar qəbul edilib.

İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatdırıb.

Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əmək haqlarının artırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əmək haqqı da orta hesabla 37,5% artırılıb.
OXŞAR XƏBƏRLƏR