"DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin dostart.az portalında benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin həmin platforma üzərindən satışı zamanı "vergi güzəşti” tətbiq ediləcək”.
AZXEBER.COM xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari "həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülən işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Cənab Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktlarına əsasən, Mərkəzin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin həmin platforma üzərindən satışı zamanı "vergi güzəşti” tətbiq ediləcək. Belə ki, onların gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmaması, yalnız ödəmə mənbəyində 2 faiz verginin tutulması nəzərdə tutulur.
Şahanə Ziyad










































