"Yaşı 65-dən yuxarı olan metropoliten əməkdaşları işə cəlb olunmayacaq”.
AZXEBER.COM -un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi mayın 31-dək uzadıldığından Nazirlər Kabineti yanında operativ qərargahın bütün tövsiyə və tapşırıqlarına riayət ediləcək.