Bu sözlərə görə Əkrəm Əylisliyə 'şərəfsiz' dedilər - Qalmaqal

MƏDƏNİYYƏT
14:52 30.01.2013
4600
"Doktoru daha çox şəhərin müsəlman sakinlərinin ermənilərə qəddar münasibəti dəhşətə gətirirdi, çünki, o, belə bir qəddar münasibəti ermənilər tərəfdən görməmişdi”.
"Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de – işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar”.
"Sən demə, bu, qoca erməni imiş. Çörək almağa çıxıbmış, elə orda yerazların əlinə düşüb. Elə ev paltarında... başmaqda... Mən o evin yanına çatanda yazığı artıq öldürüb hovuza atmışdılar”.
AZXEBER.COM-un məlumatına görə, bunlar "Daş yuxular” adlı romanda Azərbaycan yazıçısı Əkrəm Əylislinin qələmə aldığı ifadələrdir. Bu ifadələr sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. 
Gənc yazar Əhməd Şahidov bu cümlələrə görə Əkrəm Əylisini "şərəfsiz" adlandırıb: "Tüpürüm Əkrem Əylisliyə də, onun ziyalılığına da... Ağzımı açdırmasın da. Mənim dayım Daşaltı əməliyyatında sağlamlığını itirib ki, Əkrəm kimi gədələr Bakıda rahat gəzsin?! Qardaşım Şəmkirdə erməni ile üz-üzə dayanıb ki, Əkrəm kimilər Bakıda Orxan Pamuk olmaq xülyasıyla ağzına gələni yazsın?! Mən Moskvada hər gün ermənilərin nifrəti ile üz-üzəyəm, ay Əkrəm Əylisli. Gəl sen də çox yox, bu üç səbəbləri yaşa, görüm yenə erməniye dayı deyəceksənmi?! Ama zatın xarabdırsa, deyərsən! Ziyalı olmuş, yox bir! Ziyalı xalqa xidmət edər. Biz gənclər səndən nə ibrət götürəcəyik, ay şerefsiz!"

OXŞAR XƏBƏRLƏR