Bu sözləri deyə bilmək üçün vicdansız olmaq lazımdır

Bu sözləri deyə bilmək üçün vicdansız olmaq lazımdır
KÖŞƏ
13:10 23.06.2015
3318

Elçin Əfəndi

Rüstəm İbrahimbəyov yeni sayıqlama ilə gündəmə gəldi. Bu sayıqlamadan sonra dərhal araşdırma apardım ki, görəsən Rüstəm İbrahimbəyov gizli yolla Azərbaycana gəlməyib? Son zamanlar havanın hərarəti artıb. Birdən qoca rejissor şaxtadan çıxıb istiyə düşər. Məhz bu səbəbdən qızdırması qalxar. Qoca kişidir. Fikir verməyim. Amma araşdırma nəticəsində məlum oldu ki, yox, o elə şaxtadadır. Beynini don vurmayıb. Sadəcə olaraq əvvəlki ampluasındadı. Ermənistanın maraqlarına xidmət, dünyada daha da məşhurlaşmaq, Nobel xülyası və s.

Rüstəm İbrahimbəyovun sayıqlamasına görə görə biz torpaqları ermənilərə güzəştə getməliyik. Ümumiyyətlə onlarla dost olmalı, qız alıb, qız verməliyik. Görəsən bu sözləri deyə bilmək üçün nə qədər vicdansız olmaq lazımdır?

Məgər Rüstəm İbrahimbəyov bilmir ki, ermənilərin əlində yüzlərlə Azərbaycan vətəndaşı olan qız-gəlin var? Məgər Rüstəm İbrahimbəyov bilmir ki, Qarabağ müharibəsində ermənilər tərəfindən Azərbaycana nə qədər maddi və mənəvi zərbə dəyib? Əgər bilmirsə, o zaman hansı üzlə prezident seçkilərinə qatılmışdı?! Əgər bilirsə, bəs o zaman bu sərsəm fikri niyə səsləndirirdi? Hər iki halda görünən bir hal mövcuddur: Vicdansızlıq!

Rüstəm İbrahimbəyovun bu sayıqlamasından sonra günvurmuşlar onun fikirlərini dəstəklədilər. Zatən bunlar olacaqdı. Çünki istənilən halda həmfikirlərin maraqları birdir: Erməni tərəfinə işləmək.

Təsəvvür edin ki, bu fikirləri iqtidardan mən səsləndirdim. Görün nələr baş verərdi:

a) Dərhal əleyhimə şüarlar

b) Əli Kərimlidən uzun-uzadı facebook statusu

c) Əlidən təsirlənən Cəmil Həsənlidən eyni statun formasını dəyişməklə yeni bir status

d) Məhsul stadionunda "Erməniçiliyə son" adlı mitinq

Amma bunları Rüstəm İbrahimbəyova qarşı etmədilər. Çünki maraqlar toqquşur. Onlar Azərbaycana deyil, Azərbaycanın topaqlarını işğal edən, qız-gəlinini, Şahbaz, Dilqəm kimi igidlərini əsirlikdə saxlayan Ermənistana xidmət edirlər. Necəki Leylalar, Xədicələr kimi.

OXŞAR XƏBƏRLƏR